İsmayıllıda icra nümayəndəliyindən oğurluq edən şəxs tutuldu
İsmayıllı rayonu Cülyan kənd icra nümayəndəliyinin inzibati binasından, 1700 manat dəyərində kompüter dəsti naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinə məlumat daxil olan kimi hadisə yerinə baxış keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş İsrəfil Alızadə saxlanılıb. Oğurladığı kompüterlər isə Quşencə kəndində yaşadığı evdən götürülərək maddi sübut kimi istintaqa təqdim olunub.
Faktla bağlı cinayət işi başlanılıb.
Şahnəzər Bəşirov,
APA TV
DİGƏR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri