“İspaniya - Azərbaycan əlaqələri. Regional və beynəlxalq İnkişaf" adlı vebinar keçirilib

# 12:31
23 aprel 2021

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və İspaniyanın FESEI beyin mərkəzinin birgə təşkilatçılığı ilə "İspaniya - Azərbaycan əlaqələri. Regional və beynəlxalq İnkişaf" mövzusunda vebinar keçirilib.

APA TV xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqi ilə çıxış edərək Azərbaycanın İspaniyadan Cənubi Qafqazda aparılan təhlükəsizlik quruculuğu prosesinə daha açıq dəstək gözlədiyini bildirib.

Daha sonra FESEI-nin prezidenti Xose Mariya Alvarez de Eulate çıxış edərək Azərbaycanın regiondakı mühüm rolundan danışıb, iki ölkə arasında ortaq iş birliyi üçün bir çox sahələrin mövcud olduğunu diqqətə çatdırıb. O, gələcəkdə əlaqələrin daha da güclənəcəyinə ümid etdiyini bildirib. 

Panel müzakirələri zamanı Azərbaycanın müharibədən sonra regionda sülhün bərqərar olması üçün Ermənistana qarşı atdığı xoşməramlı addımların qarşılıqlı olaraq Ermənistan tərəfindən görülmədiyi qeyd edilib.

Vebinar zamanı İspaniya və Azərbaycan arasında ticarət əlaqələri, bu ölkənin Azərbaycanda biznes və investisiya sahəsində iştirakı, İspaniyanın Azərbaycana enerji resurslarının diversifikasiyasında, alternativ enerji mənbələrinin inkişafında və hasilatında iştirakı ilə bağlı məsələlər müzakirə edilib.

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada isə Bakıda İspaniya Səfirliyinin açılmasının arzuolunan bir məsələ olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR