İtkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyən edilib
Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbçisinin nəşi tapılıb.
APA TV-nin xəbərinə görə, 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüslər zamanı itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun nəşi aşkar olunub.
Bu barədə APA-ya acıqlama verən Ə.Yusifovun atası Sülhəddin Yusifov bildirib ki, bu gün rayon hərbi komissarlığından oğlunun nəşinin aşkar edildiyi haqqında məlumat veriblər.
7 aydır itkin düşən şəhid zabitimiz Ə.Yusifov NMR-in Şərur rayonunun Oğuz kəndindən olub.
Allah Rəhmət Eləsin!
DİGƏR XƏBƏRLƏR
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi
İlham Əliyev Braziliyanın yeni səfirinin etimadnaməsini qəbul etdi