İanələri plastik karta köçürəcəyik - YENİ QAYDA

# 14:40
1 fevral 2022

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

 

APA TV-nin məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

 

Layihəyə əsasən, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydası hazırlanacaq. İanə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR