İcazəsiz bina tikmək istədi, qurumlar HƏRƏKƏTƏ KEÇDİ – APA TV

# 19:07
13 oktyabr 2022

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə vətəndaş şikayətlərinə əsasən Komitə əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında aparılmış monitorinq nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Fətəli Xan Xoyski küçəsində fərdi yaşayış evlərinin yaxınlığında özbaşına tikinti aşkarlanıb.

İnzibati ərazi üzrə nümayəndə Əli Həsənov deyir ki, bir qrup sakin qanunsuz tikinti ilə bağlı Dövlət Xəritəçəkmə komitəsinə şikayət edib: “Bu qurum da öz növbəsində Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək bir yerdə tədbir keçirirlər. Məqsəd tikintinin qanunsuz olduğu üçün sökülməsidir”.

Sözügedən ünvanda fərdi yaşayış evinin tikildiyi bildirilsə də, inşaat işlərinin aparıldığı torpaq sahəsi üzrə şəhərsalma qanunvericiliyinin tələbləri, xüsusilə sıxlıq və ara məsafəsi əmsalları kobud şəkildə pozulub.

Sakinlərin sözlərinə görə, tikinti başlayanda burada 3 mərtəbəli evin tikiləcəyi bildirilib. Lakin sonradan ərazidə bina tikildiyi məlum olub.

Aparılan qeyri-qanuni tikinti işlərinin dayandırılması və tikintiyə icazə icraatının təmin edilməsi ilə bağlı Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR