“İçəri girdim ki, sənədləri götürüm, amma…”

# 13:31
25 fevral 2023

Balakəndə 4 otaqlı fərdi yaşayış evi yanıb.Yanğın hadisəsi gecə saat 03:28-radələrində rayonun Katex kəndində, 61 yaşlı Müxlisət Həybullah qızı Həbilovaya məxsus, ümumi sahəsi 160 kvadratmetr olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində qeydə  alınıb

Yanğın baş verən zaman ev sahibəsi evdə tək olub. O qəribə yanıq iyi hiss etdiyindən qonşusunu köməyə çağırıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.
 

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR