İçib oğurluğa getdilər

# 15:01
3 fevral 2022

Qubada oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs iş başında yaxalanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, Mühafizə Şöbəsinin polis əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər. Dərhal hərəkətə keçən polis nəfərləri Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba Rayon Polis Şöbəsinə gətiriblər.

 

Araşdırmalar zamanı həmin şəxsin, rayon ərazisində bir neçə gün əvvəl də mağazalardan oğurluq hadisələri törətdiyi məlum olub.

 

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR