İçində 1060 insanın batdığı gəmi tapıldı, amma sudan çıxarılmayacaq

# 14:20
22 aprel 2023

İkinci Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən batırılan Yaponiyanın "Montevideo Maru" gəmisi tapılıb.

APA İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese "Twitter"də bildirib.

Baş nazirinin sözlərinə görə, gəminin göyərtəsində mindən çox əsirin qalıqları da aşkar edilib.

Qeyd edək ki, Yaponiyanın "SS Montevideo Maru" nəqliyyat gəmisi 1 iyul 1942-ci ildə Filippin sahillərində avstraliyalı əsgər və mülki şəxslərlə birlikdə batıb. Gəmi Rabaulda əsir götürülmüş hərbi əsirləri və mülki insanları daşıdığını bilməyən Amerika sualtı qayığı tərəfindən torpedalanıb.

Nəticədə ümumilikdə, 14 ölkədən 850 hərbçi və 210 mülki şəxs olmaqla, 1060-a yaxın əsir itkin düşüb.

Qəzanın yeri indiyədək sirr olaraq qalırdı. Gəmi Cənubi Çin dənizində qeyri-kommersiya fondu "Silentworld"un dərin dəniz tədqiqatı mütəxəssisləri və Müdafiə Nazirliyinin dəstəyi ilə 12 günlük axtarışdan sonra tapılıb.

Bildirilib ki, heç bir insan qalıqları və ya artefakt çıxarılmayacaq. “Titanik”in batdığı yerdən daha dərində yerləşən yer tədqiqat məqsədi ilə qeydə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR