İçində 11 nəfərin olduğu qayıq Kürdə batdı
Mingəçevir rayonunda Kür çayında gəzinti qayığı qəzaya uğrayıb.
APA TV-nin xəbərinə görə, 1995-ci il təvəllüdlü Bayramov Fərid Valeh oğlunun idarə etdiyi “Amur” tipli kater aşıb.
Belə ki, sözügedən kater altı nəfərlik olsa da, sürücü 11 nəfər mindirib. Nəticədə qayığa su dolub və çevrilib.
Daha sonra sərnişinlər xilas edilib, xəsarət alan olmayıb.
Katerdəki şəxslər arasında hərbçilər də olub.
Faktla bağlı araşdırma başlayıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu