İdarə rəisi olan oğlu Vasif Talıbovun istefasına belə reaksiya verdi
Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan istefa verən atası Vasif Talıbovun bu qərarına münasibət bildirib.
Gununsesi.info-nun suallarını cavablandıran Rza Talıbov atası ilə bağlı heç bir şey danışmaq istəmədiyini, hazırda Bakıda yaşadığını və öz işi ilə məşğul olduğunu deyib.
Onun sözlərinə görə, istefa qərarından sonra atası ilə əlaqə saxlamayıb.
“Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov “Hər kəsin öz işi var” deyərək, əlavə şərh verməkdən imtina edib.
DİGƏR XƏBƏRLƏR
Prezident “SABAH.city” şəhərciyinin birinci mərhələsinin açılışında iştirak etdi
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib
Düylün kənd tam orta məktəbinin 3 məzunu da bu il imtahanlarda yüksək nəticə göstərib