"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV xəbər verir ki, prosesdə hökm oxunub.
Hökmə əsasən, İlqar İsmayılov verilmiş maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
İlqar İsmayılovun Nərimanov rayonu, Alı Alıyev küçəsində yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib