İdmançı eyvandan pul səpdi, millidən qovuldu
Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun “İnstagram” hesabında paylaşdığı video tənqid edilib.
APA TV xəbər verir ki, görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir.
Onun bu davranışı birmənalı qarşılanmayıb. İctimai şəxs kimi idmançının bu hərəkətinin yolverilməz olduğu bildirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib. Onun sözlərinə görə, idmançı son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb.
DİGƏR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq