İki aylıq qız uşağı küçəyə atılıb? – RƏSMİ AÇIQLAMA

# 05:45
8 noyabr 2021

Gəncədə 2 aylıq uşaq anası tərəfindən  xəstəxanaya verilib. Hələlik adı məlum olmayan qadın 2 aylıq qız uşağını 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına verib.

APA TV-nin əməkdaşları uşağın olduğu xəstəxanda olublar. Tibb ocaqının həkimi Hafiz Abdulayev bildirib ki, qız  uşağı olan körpə anası tərəfindən xəstəxanaya gətirillib. Körpə  xəstəxanda müayinə olunub və hazırda vəziyyəti normaldır. O, suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır.

Əldə  etdiyimiz məlumata görə, anası uşağı gətirən zaman bildirib ki, həyat yoldaşı ona baxmır. Bu səbəbdəndə körpəyə bamağa gücü çatmır. Bəzi xəbər saytlarında körpənin küçəyə atıldığı xəbəri yayılmışdı. Artıq hadisə ilə bağlı polis tərəfindən araşdırmalara başlanılıb. DİN mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov APA TV  -ya bildirib ki, uşaq küçə atılmayıb. DİN rəsmisi onu da qeyd edib ki, yayılan məlumat yalandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR