İki bacı birləşib qardaşı baltaladı - TƏFƏRRÜATLAR

# 15:36
5 yanvar 2022

Astarada qardaş bacıları tərəfindən baltalanıb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında rayonun Təngərüd kəndində qeydə alınıb. 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qəmbərovu bacıları 1979-cu il təvəllüdlü Nargilə və 1992-ci il təvəllüdlü Nadirə Qəmbərovalar baltalayıb. Ataları Fariz Qəmbərovun bildirdiyinə görə, ruhi əsəb xəstəliyindən əziyyət çəkən bacılar daha əvvəl İlkin Qəmbərovun yeni tikilən evində yanğın törətməyə cəhd ediblər. Hadisədən xəbər tutan qardaş dünən Çeçenistan Respublikasından evinə qayıdıb, bacılarından polisə şikayət edəcəyini bildirib. Bundan hiddətlənən bacılar səhər saatlarında yatdığı yerdə İlkin Qəmbərova balta ilə hücum çəkib ona xəsarət yetiriblər: “Bir də gördüm ki, içəridə müharibə gedir. Qapını da bağlamışdılar. Güc ilə qapını sındırdım, girdim içəri. Gördüm uşaq bütöv qanın içindədir. Baltanı da atıblar ora.  Dedim: mənim balam nə olub sənə? Dedi: Biri tutdu, biri də məni vurdu. Dedim: Kim tutdu? Dedi: “Nadirə məni tutdu, Nargilə də balta ilə məni doğradı.”


Çoxsaylı kəsilmiş-deşilmiş yaralarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan İlkin Qəmbərov dərhal əməliyyata alınıb

 

Hadisəni törədən bacılar artıq polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 


Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR