İki maşın toqquşdu, ölən və xəsarət alan var
Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində qeydə alınıb.
“Lada Priora” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “Lada”nın sürücüsü, Nic qəsəbə sakini 22 yaşlı Anar Hüseynli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək