İki maşın toqquşdu: XƏSARƏT ALANLAR VAR

# 19:36
30 avqust 2022

Oğuzda iki minik avtomobili toqquşub.

 

APA TV-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, "NİVA" və "VAZ-2109" markalı iki minik avtomobilinin toqquşması nəticəsində “VAZ 2109” idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan bir ailənin üzvləri, Oğuzun Padar kənd sakinləri - 1961-ci il təvəllüdlü Bahar Samir qızı Salamova, 1985-ci il təvəllüdlü Nübar Abdulla qızı Məmmədəliyeva, 1978-ci il təvəllüdlü Rəşad Məmmədəliyev, ailənin iki övladı - 2010-cu il təvəllüdlü Ayla Məmmədəliyeva və 2012-ci il təvəllüdlü Sübhan Məmmədəliyev xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan N. Məmmədəliyeva və B. Salamova Şəki Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

 

Digərlərinin xəsarəti yüngül olduğundan ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR