İki nəfəri güllələyən şəxs barəsində məhkəmə qərarı

# 12:33
13 mart 2023

Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentə görə saxlanılan Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb.

 

APA-nın əldə etdiyi xəbərə görə, Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

 

Qərara əsasən, Elvin Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, hadisə iki gün əvvəl-martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR