İki qız tunelə düşüb qaçdı: Bakı metrosunda insident
İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar.
APA TV-nin xəbərinə görə, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.
Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?