İkimərtəbəli binada yanğın baş verib
Şamaxı rayonunun İkinci Cabanı kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 130 m² sahədə, taxta konstruksiyalardan ibarət mərtəbələrarası arakəsmə (2-ci mərtəbənin döşəməsi, 1-ci mərtəbənin tavanı) 120 m² sahədə və içərisindəki əşyalar yanıb.
APA-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.
DİGƏR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir