İkin düşən şəxs asılı vəziyyətdə tapıldı
Lənkəranda 4 gündür itkin düşən şəxs, asılı vəziyyətdə tapılıb.
APA TV - nin yerli bürosu xəbər verir ki, səhər saatlarında Lənkəran şəhər Mirsalayev 56 küçəsində yerləşən evdə, 56 yaşlı Məmmədağa Əhmədov asılı vəziyyətdə tapılıb. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Yaxınlarının deməsinə görə Məmmədağa Əhmədovdan 4 gün olardı bir xəbər yox idi.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İlkin Rzayev
Rövşən Almazoğlu
APA TV Lənkəran
DİGƏR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək