İkinci kurs tələbəsi sevdiyi qıza görə özünü öldürdü
Cəlilabadda ikinci kurs tələbəsi Tural Hətəmovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
APA TV "Qafqazinfo"ya istinadən xəbər verir ki, ilkin ehtimallara görə, 20 yaşlı Tural sevdiyi qıza görə həyatına son qoyub. Məlum olub ki, hadisədən bir müddət əvvəl Tural sevdiyi qızdan ayrılıb və bu, onda dərin sarsıntı yaradıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2-ci kurs tələbəsi olan gəncin mobil telefonu və digər əşyalar maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu