İlan zəhəri qatılan kremlər təhlükəlidirmi?

# 10:00
13 aprel 2023

Son zamanlar tərkibində ilan və arı zəhəri olan kremlərdən istifadə edənlərin sayı artıb. Sosial şəbəkələrdə hara baxırsan, bu kremlərin reklamı ilə rastlaşırsan. Qablaşdırmanın tərkibi ilə bağlı məlumatlarda ilan və arı zəhərinin dəri üçün faydalı olduğu bildirilir. Bəs əlçatanlığı asan olan bu kremlərdən hamı istifadə edə bilərmi? Həkim təyinatı olmadan ilan və arı zəhəri tərkibli kremlərdən istifadə dəridə hansı fəsadları törədə bilər?

İnternetdə bu kremlərin satışı “istifadə etsəniz, dəriniz işıldayacaq“ başlıqları ilə təqdim olunur. Alıcılar şərh bölməsində bu məhsullardan istifadə edən insanların fikirlərini oxuyub, kremin müsbət təsir göstərdiyini düşünürlər. Amma heç də nəticə hamıda eyni olmaya bilər.

Xülasə ilanın zəhəri fayda verdiyi kimi fəsad da yarada bilər. Qarşımıza çıxan hər elandakı bəzəkli cümlələrə aldanıb sağlamlığımızı gözardı etməyək. Ehtiyatlı olaq ki, qaş düzəltdiyimiz yerdə göz çıxartmayaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR