İldırım daha çox kimləri vurur? – Bunları qətiyyən etməyin

# 10:50
29 may 2023

Görüntüsü möhtəşəmdir. İzləmək isə həm xoşagələn, həm də ürküdücüdür. Qlobal iqlim dəyişikliyi yaz aylarında da yağışları, bununla yanaşı, ildırımları artırıb. İldırım çox can alıb. Elə cari ayda ölkəmizdə ordumuzun hərbi qulluqçusu əsgər Məmmədli Davud xidmətdə olarkən ildırım vurmasından vəfat edib. Zaqatalada isə məktəbə düşən ildırım nəticəsində başlayan yanğın söndürülüb. Bəs ildırımdan necə qorunmalıyıq?

İldırımın yaranma səbəbi qaz boşalması, atmosferdə elektrik cərəyanının axınıdır. İnsan da daxil olmaqla, yer səthində hündür olan bütün nəsnələri ildırım vura bilər. Xüsusilə də metaldan və üzərində metal olan əşyalardan uzaq durmaq məsləhətdir. Mobil telefonlar, qulaqcıqlar, paltarımızdakı metal düymələr, dayancaqlar fırtınalı havada təhlükəli ola bilir.

Sadəcə bu da deyil. İldırım zamanı çimmək də olmaz. Çünki yaşadığımız mənzilin metal boruları eletrik yükünü keçirə bilir. Xüsusən də binanın və ya evin üzərindəki çənlər.

Əlbəttə ildırım gözlənilməz yerlərdə və anda da düşə bilər. Belə halda başımızı dizlərimizin arasına qoyub gözləməliyik. Ağac altında dayanmaq isə olduqca təhlükəlidir.

İldırım çaxan zaman dənizdəyiksə, dərhal sahilə çıxmalıyıq.

İldırım vurması ən yaxşı halda qalıcı sağlıq problemləri yaradır. Yanımızdakı insanı ildırım vurduğunun şahidi olsaq, onu həmin yerdən uzaqlaşdırıb, cərəyanın keçməyəcəyi yerə aparmağa çalışmalıyıq. Həmin adama toxunduğumuzda isə rezin materiallardan istifadə etmək məsləhətdir.

El arasında belə bir inam var ki, ildırım vuran adamı torpağa və ya quma basdırsaq, özünə gələr. Ancaq bu ildırım vuran adama ikinci təhlükəni yarada bilər.

Qeyd edək ki, ildırımın vurma sürəti 10 üstü mənfi 3 saniyədir. İldırımdakı elektrik gərginliyi 100 min volta çatır ki, bu da evimizdəki 220 voltluq elektrik cərəyanı ilə müqayisəyə belə gəlmir.

AYNUR QARA

KAMRAN NAMAZOV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR