İlham Əliyevdən sonra növbəti "Togg" ona göndərildi - Türkiyədən jest
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Türkiyənin yeni "Togg T10X" elektromobilini alacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı deyib.
"Togg" artıq ölkənin yollarında hərəkət edir. Onlardan birini qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdik", - o deyib.
Ərdoğan əlavə edib ki, il ərzində ölkə vətəndaşları üçün bu maşınlardan 20 min ədəd istehsal etmək planlaşdırılır.
Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.
DİGƏR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək