İmam olmaq istəyənlərin nəzərinə - müsahibə bu tarixlərdə aparılır - APA TV

# 12:19
2 avqust 2022

İslam dininə aid ibadət yerlərində - məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilib.

 

APA TV xəbər verir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb və bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibələr keçirilib.

 

Gündüz İsmayılov qeyd edib ki, məscidlərə qadın imamların təyinatıyla bağlı yayılan məlumatlar səhvdir və həqiqəti əks etdirmir:

 

Qeyd edək ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb. Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Müsahibənin nəticələri keçirildiyi gündən 5 iş günü ərzində komitənin internet saytında (https://scwra.gov.az/az) yerləşdiriləcək.

 

Aysel Əliyeva,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR