“İmprotex İndustries” Azərbaycanda daha bir ilkə imza atdı

# 19:53
16 dekabr 2022

“İmprotex İndustries” zavodu Azərbaycanda daha bir ilkə imza atıb. Zavod yüksək ixrac potensialına malik yeni “İmtrailer” markası altında Tentli yarımqoşqu layihəsini təqdim edib. Ərsəyə gələn bu layihə yerli bazarla yanaşı, xarici bazarlara da təqdim olunacaq.

 

“İmprotex İndustries” zavodu özüboşaldanların, yanğınsöndürən texnikaların, məişət tullantıları daşıyan maşınların, o cümlədən, kənd təssərüfatı qoşqularının, müxtəlif ölçülü çənlərin istehsalı ilə məşğuldur. Zavod bunlarla yanaşı, yüksək keyfiyyətli metal konstruksiyaların da istehsalını təmin edir.

 

Qeyd edək ki, “İmprotex İndustries” zavodu bu yaxınlarda işğaldan azad olunmuş ərazilərə qayıdışın sürətlənməsinə töhfə vermək məqsədilə, minalanmış ərazilərin təmizlənməsi üçün “Revival P” markalı, təmamən yerli mütəxəssilərin məhsulu olan piyada əleyhinə minatəmizləyən texnikanı təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR