İmtahanların keçiriləcəyi vaxt açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanların tarixləri haqqında məlumat yayıb.
DİM-dən APA TV-yə verilən məlumata görə, qurum tərəfindən 2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək.
Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu