“İndi işğal tarixlərini yox, Zəfər gününü qeyd edirik” - BİR YAŞINDA KÖÇKÜN DÜŞƏN MEHRİ
Mehri müəllim Zəngilanın Ağalı kənd məktəbində riyaziyyat fənnindən dərs deyir. O, 1992-ci ilin oktyabrında elə bu kənddə dünyaya göz açıb. Bir yaşında olarkən isə Zəngilan işğal altına düşüb. Mehri və ailəsi həmin vaxtdan Qarabağ torpaqları işğaldan azad edilənə qədər çətin günlərdən keçib. İşğal dövründəki məcburi köçkünlük günlərindən danışarkən gözləri dolan Mehri bu gün öz doğma kəndinin uşaqlarına müəllimlik etdiyinə görə çox xoşbəxtdir.
Bəli, bu gün Ağalı sakinləri daha xoşbəxt və daha qürurludur. Çünki indi onlar öz doğma yurd-yuvalarında azad yaşayırlar.
ORXAN ASLAN
ARİF ƏLİYEV
APA TV
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu