İnsan sümükləri, açılmış məzarlar-burada insanlar öz yaxınlarının məzarını tanımır
İnsana aid sümüklər, açılmış məzarlar... Bura Qəbələnin Qəmərvan kəndidir.
Kənd sakinləri bildirir ki, bu qəbiristanlığın qədim tarixi var. Qədim zamanlarda həmin ərazidən keçərək insanlar həcc ziyarətinə getdiyi üçün hazırda həmin ərazi həcc yolu kimi tanınır.
Məzarların açılmasının, sümüklərin üzə çıxmasının səbəbi isə sel sularıdır. Əraziyə gələn sel nəticəsində məzarlar yuyulub və sümüklər üzə çıxıb.
Yerli sakinlər bildirir ki, kənd ərazisində tayfa birliklərinin mövcud olduğu dövrlərə aid məzarlar var.
Məlumata görə ta qədim zamanlarda, kənd yüksəklikdə yerləşib. Daha sonra kəndi sel suları yuyub aparıb. Sonradan insanlar bu ərazidə məskunlaşıb.
Qeyd edək ki, Qəmərvan kəndi Qəbələnin turizm cənnətlərindən biri sayılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu