İnsanlar şəhəri itlərlə bölüşməyə məcbur qalıblar - Qəbələdən qorxulu görüntülər
Qəbələdə sahibsiz itlərin əlindən küçələrə çıxmaq olmur. Son vaxtlar isə mərkəzi küçələrdə, parklarda itlərin sayı kəskin şəkildə artıb.
Əlbəttə sahibsiz itlər real təhlükə ilə yanaşı, həm də antisanitar vəziyyətin yaranmasında başlıca rol oynayır. Sakinləri isə ən çox qorxudan itlərin quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı olmaq ehtimallarıdır.
Şəhər küçələrində çəkiliş apararkən şahidi olduq ki, 2 və 4 saylı məktəblərin ətrafında, eləcə də şagirdlərin daha çox istifadə elədiyi mərkəzi yollarda da çox sayda sahibsiz it dolaşır.
Sakinlər bildirirlər ki, itlər daha çox uşaqlara hücum edirlər. Gecə saatlarında isə şəhər rəsmən itlərin oylağına çevrilir.
Sahibsiz itlərlə mübarizəni çətinləşdirən başlıca məqam isə heyvan sığınacaqlarının olmamasıdır. Aidiyyəti qurumlar bunun üçün vəsaitlərinin olmadığını bildirirlər.
Məsələ ilə bağlı rayonun baytarlıq idarəsi ilə də əlaqə saxladıq. Bildirildi ki, sahibsiz itlərlə bağlı gücləri çatan qədər peyvəndlənmə işləri aparırlar.
Buna baxmayaraq, şəhərdə gördüyümüz mənzərə bizə başqa şey deyir. Görünən odur ki, problemin həlli uzun zaman alacaq. Sakinlər isə hələ bir müddət də qorxu və həyacan içində şəhərlərini itlərlə bölüşməyə məcbur qalacaqlar.
DİGƏR XƏBƏRLƏR
![Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV](https://apa.az/storage/apa-tv/news/2024/july/02/big/6684412821d6e6684412821d6f17199434646684412821d6b6684412821d6c.jpg)
Valideynlər narkomaniyaya düçar olan övladını necə tanısın? – APA TV
![Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/6682be55512976682be555129817198444376682be55512956682be5551296.jpg)
Taksilərin sayı azaldı, minimum qiyməti isə 4.50 AZN oldu
![Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823df42a73f66823df42a740171981157266823df42a73d66823df42a73e.jpg)
Taksi fəaliyyətində istifadə olunacaq avtomobillərlə bağlı yeni qərar qüvvəyə mindi
![Gəncədə ağır yol qəzası baş verib](https://apa.az/storage/apa-tv/news/2024/july/01/big/66823dae71e8766823dae71e88171981150266823dae71e8566823dae71e86.jpg)