İnsult, infarkt kimi problemi olan insanların - NƏZƏRİNƏ

# 15:45
8 iyul 2023

 

Bakı Dövlət Universitetinin astrofizika kafedrasının dosenti Mirnamiq Bəşirov söylədi ki, maqnit qasırğalarının əsas mənbəyi Günəşdir. Günəş daim plazma və yüklü hissəciklər yayaraq günəş küləyi yaradır. Günəş küləyi elektromaqnit yüklü hissəciklərin Günəşdən Yerə doğru axmasına səbəb olur. Bu yüklü hissəciklər maqnit sahəsinə malik olduqları üçün Yerin maqnitosferi ilə qarşılıqlı əlaqədə olurlar. Mütəxəssis onu da bildirdi ki, maqnit qasırğalarının təsirləri müxtəlif ola bilər. Elektromaqnit şüalanması, maqnit sahələrindəki dalğalanmalar və yüklü hissəciklərin yer atmosferi ilə qarşılıqlı təsiri bu hadisələrin təsirlərindəndir. Maqnit qasırğaları radio rabitə sistemlərinə, peyk əməliyyatlarına, elektrik şəbəkələrinə və hətta kosmik gəmilərə zərər verə bilər. Kardioloq deyir ki, son günlərdə baş ağrısından, təzyiqin yüksəlib enməsindən şikayət edənlərin də sayında artım müşahidə edilir. Bəs maqnit qasırğası baş verdiyi zaman özümüzü necə qoruyaq? Mütəxəssislər məsləhət görür ki, geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün elektron cihazların istifadəsini məhdudlaşdırmaq, eləcə də həmin günlərdə ehtiyac olmadığı müddətdə açıq havada gəzməmək tövsiyə olunur. Xüsusilə insult, infarkt kimi problemi olan insanlar daha diqqətli olmalıdır. Əgər insanlar özlərində cüzi dəyişiklik hiss edərlərsə, mütləq şəkildə həkimə müraciət etməlidirlər. Həkimin təyinatı olmadan dərman qəbulunu azaltmaq, artırmaq, kəsmək və ya əlavə dərman qəbul etmək kimi durumlar məsləhət deyil. Həmçinin bol maye qəbul olunmalı və qidalanmaya nəzarət edilməlidir. AYGÜN CARÇIYEVA, ARİF ƏLİYEV, APA TV
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR