İqlim dəyişikliyi hansı fəsadları törədə bilər?

# 18:48
5 noyabr 2021

VIII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması. Hər iki məsələni eyni vaxtda necə həll etmək olar?” adlı panel keçirilib.

 

APA TV-nin xəbərinə görə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta panelə moderatorluq edib.

 

Moldovanın keçmiş Baş naziri Kirill Qaburiç paneldə çıxış edərək bildirib ki, hər kəs öz qarşısındakı öhdəliyi başa düşməlidir. "Biz gələcək nəsli düşünməliyik. Ekologiyanı indi daha çox düşünməli, eqoist yanaşmanı kənara qoymalıyıq. Ətraf mühit bizim planlarımıza uyğunlaşmalıdır deyə düşünmüşük, indi isə vəziyyət əks istiqamətdə dəyişib”, - deyə sabiq baş nazir bildirib.

 

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti, Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri Mariya Fernanda Espinoza isə qeyd edib ki, iqlim tarazlığı barədə düşünülməlidir. Artıq məsələ bəşəriyyətin bu planetdə mövcudluğu səviyyəsinə gəlib çatıb. Sabiq nazir həyəcan təbili çalmağın, kömür istehsalının və hasilatının qarşısının almasının vacibliyini diqqətə çatdırıb.

 

Mariya Fernanda Espinoza dünya ölkələrinin Paris İqlim Sazişinin reallaşmasından çox geridə olduğunu vurğulayıb.

 

Nobel Sülh Mükafatı laureatı Uided Buşamai çıxışında su resurslarının iqlim dəyişikliyinin təsirlərinə məruz qaldığını və ölkələr üçün yaratdığı problemlərdən danışıb. O bildirib ki, su ehtiyatlarının qorunması və iqlim dəyişikliyinin nəticələrinə adaptasiya olmaq üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım etməlidir.

 

İSESCO-nun keçmiş baş direktoru Əbdüləziz əl-Tuveycri isə ölkəsinin qaz və neft resursları olsa da günəş və külək enerjisindən istifadə etdiyini qeyd edib. Onun sözlərinə görə, hazırkı enerji istehsalı metodları məhdudlaşdırılmalı, alternativ enerji resurslarına yönəlməliyik.

 

İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio isə qeyd edib ki, bütün vasitələrlə dekarbonizasiya reallaşmalıdır. Nüvə enerjisinə resurs kimi baxıldığını deyən Anna Palasio qeyd edib ki, Avropa regionu buna çox da meyl göstərmir.

 

Rumıniyanın keçmiş xarici işlər naziri Lazar Komanesku da paneldə çıxış edib. O deyib ki, bu mövzu zamanın çağırışı, problemidir. Əməkdaşlığın vacibliyi ilə bağlı vurğu artmalıdır. Bu Paris İqlim Sazişinin hədəflərinə nail olmaq üçün vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR