İran ABŞ bazasını vurdu - Ölən və yaralananlar var
ABŞ-ın Suriyadakı İŞİD ilə mübarizə hərbi bazasına dünən kamikadze dronu vasitəsilə hücum olub.
Pentaqondan verilən açıqlamada hücum nəticəsində müqavilə ilə işləyən bir əməkdaşın öldüyü, digər bir əməkdaş ilə beş əsgərin isə yaralandığı bildirilib.
Açıqlamada qeyd edilib ki, ABŞ kəşfiyyatı dronun İrana aid olduğunu düşünür.
ABŞ Müdafiə naziri Lloyd Ostin hücumlara cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqəli qrupların obyektlərinə aviazərbə endirilməsi səlahiyyəti verdiyini deyib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu