“İran adlanan ölkədə türklər dəfələrlə qətliama məruz qalıblar” - Çingiz Göytürk

# 19:48
18 aprel 2023

"İran müstəqil Azərbaycan dövlətinin varlığını öz müstəqilliyinə təhdid olaraq görür".

Bunu Finlandiyada yaşayan Azərbaycanın Güneyindən olan Finlandiyada yaşayan siyasi fəal Çingiz Göytürk deyib. O bildirib ki, bu səbəbdən də İran fars rejimi Azərbaycanın zəifləməsi, gücsüzləşməsi üçün dəridən qabıqdan çıxır:

Siyasi fəal qeyd edib ki, bu gün İran adlanan məkanda ən önəmli siyasi cərəyan qeyri-fars millətlərinin başlatdığı prosesdir. Onun sözlərinə görə, ölkədə etirazlar qismən səngimiş olsa da, amma milli hərəkatlar davam etməkdədir: “Oranı narahatlığa çəkən əsas amil də məhz bu milli hərəkatlardır. İranın ölkəmizə qarşı birmənalı münasibətinin olmamasına səbəb orada yaşayan 40 milyon Azərbaycan türkünün varlığıdır. Onlar dəfələrlə farsların qətliamlarına uğrayıb, ancaq inadlarından, mübarizələrindən geri çəkilməyiblər. İran Azərbaycan dövlətinin müstəqilliyindən, dünyada artan qüdrətindən qorxaraq, onu həzm edə bilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR