İran Çin vətəndaşları üçün vizanı ləğv etdi
İran daha çox turist və iş adamı cəlb etmək məqsədi ilə Çin vətəndaşları üçün viza rejimini birtərəfli olaraq ləğv edib.
Bu barədə İran Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin rəsmisi Ələsgər Şalbafian açıqlama verib.
“Çin vətəndaşlarına İranda yüksək səviyyədə xidmət göstəriləcək, həmçinin, təhlükəsizlikləri tam təmin olunacaq”, - o bildirib.
Qeyd edək ki, bir ay əvvəl Pekin Tehran və Ər-Riyad arasında diplomatik münasibətlərin bərpası üçün razılaşmaya vasitəçilik edib.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib