“İran Ermənistanı Türkiyə və Azərbaycandan qorumağa çalışır” – Sabiq rəis - APA TV

# 17:09
10 aprel 2023

“Qarabağ münaqişəsi təsəvvür ediləndən daha qlobaldır.”

Bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan İranın “Şərq” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, dünya ictimaiyyətinin diqqəti Ukrayna ətrafında cərəyan edən hadisələrə yönəldiyi bir vaxtda Türkiyə və Azərbaycan Zəngəzur planlarını həyata keçirməyə çalışır. Vanetsyan hesab edir ki, regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edən Tehranın hərəkətləri və ritorikasının səbəbi bununla bağlıdır.

Sitat: Bəyanatlar bir yana qalsın, İran ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə nümayiş etdirir. Mən dərindən inanıram ki, İran öz davranışı ilə Azərbaycan və Türkiyədən Ermənistanı qorumağa çalışır. Biz qardaş İranın bu addımını yüksək qiymətləndiririk. Ermənistan üçün bu məsələ həqiqətən də çox vacibdir”. Sitatın sonu

Vanetsyanın onu da vurğulayıb ki, Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirib iktərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydılar, indiki çətin vəziyyət olmazdı. Artur Vanetsyan qeyd edib ki, Ermənistan və İran arasında hərbi əməkdaşlığı maksimum dərəcədə gücləndirmək və dərinləşdirmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR