İran generalının oğlu ÖLDÜRÜLDÜ
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 110-cu briqadasının komandiri Hüseyn Almasinin avtomobili atəşə tutulub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, hadisə ölkənin Sistan və Bəlucistan vilayətinin mərkəzi Zahidan şəhərində baş verib.
İran mediasının verdiyi məlumata görə, bu gün aprelin 23-ü səhər saatlarında baş verən hücum nəticəsində briqada komandiri yaralanıb, onun cangüdəni Mahmud Absalan isə yerindəcə həlak olub.
Qeyd edək ki, həlak olan cangüdən SEPAH-ın Sistan və Bəlucistandakı yüksək rütbəli komandiri general Pərviz Absalanın oğludur.
DİGƏR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?