“İran hələ də vətəndaşlarının Xankəndiyə səfərinə izah verməyib” - XİN müavini

# 16:45
23 fevral 2023

Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qanunsuz şəkildə isti­fadədə maraqlıdır. Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seç­kiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib. “Qanunsuz istifadə deyərkən hələ də Qarabağ bölgəsindən çıxarılmamış erməni hərbi kontingentinin rotasiyası, talan edilmiş mineral­ların həmin yolla Ermənistana daşınması və beynəlxalq bazarlara çıxarılması, üçüncü dövlət nümayəndələrinin, xüsusən İran İslam Respublikası tərəfindən bəzi şəxslərin böl­gəyə gətirilməsidir ki, sonuncuya İran hələ də izah verməyib”, - nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR