İran polisinin öldürdüyü təbrizli qızın meyiti göldən tapıldı
Təbrizdə hökumət qüvvələri tərəfindən qətlə yetirilən 19 yaşlı gənc qızın meyiti uzun axtarışlardan sonra göldən tapılıb.
Güney Azərbaycan Teleqram kanallarının məlumatına görə, Təbrizin Yelankuh bölgəsində yaşayan Zəhra Mikayılı ötən il sentyabrın 21-də Şahnaz küçəsində həbs edilib. Bir müddət onun haqqında heç bir məlumat olmayıb.
Ailəsi qızı tapmadığı üçün 1 milyard tümən xərclədikdən sonra, nəhayət, Bəndər Abbas şəhərində onun izinə düşə biliblər. Axtarışlardan sonra Zəhranın cəsədi göldə aşkar edilib.
Yerli balıqçılardan biri deyib ki, hər üsyandan sonra bu göldə bir neçə cəsəd tapılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu