İran Rusiyaya oğurluq PUA daşıyır - “Bayraktar”ın qarşısında davam gətiəcəkmi?

# 19:15
13 fevral 2023

“İran qaçaqmalçılıq yolu ilə Rusiyaya PUA-lar göndərir”.

Bu barədə “The Guardian”da araşdırma dərc edilib. Məlumata görə, həmin silahları daşımaq üçün Rusiya qayıqlardan və dövlət şirkətlərinin vasitələrindən istifadə edib.

O da qeyd olunub ki, Rusiyaya əvvəlcə göndərilmiş “Şəhid 131” və “Şəhid 136” PUA-larından fərqli olaraq, budəfəkilər daha yüksəkdən uça, bomba ata və geriyə qayıda bilirlər.

Qeyd edək ki, Rusiyanın əldə etdiyi iddia olunan “Mühacir -6” pilotsuz uçan aparatı 40 kiloqram hərbi yük daşıya, elektrik enerjisi ilə işləyə və 6 saat havada qala bilir. “Şəhid129” PUA-ları isə 60 kiloqram hərbi yük daşıyır, havada dörd saat qalır. “Şəhid191” isə 70 kiloqram hərbi yük daşıya və beş saat havada qala bilir. Hər ikisinin hazırlanmasında Almaniya istehsallı mühərrikdən istifadə olunur.

Siyasilərin fikrincə, Rusiyanın Ukraynaya hücumundan sonra, üstəlik Qərbin İrana qarşı sanksiyaları fonunda Moskva və Tehran arasında münasibətlər daha da isinib. Buna səbəb həm də Rusiyanın bir ilə yaxındır davam etdirdiyi müharibədə uzaqmənzilli raketlərlə bağlı çətinlik çəkməsidir.

Qərb mətbuatı Moskvanın Tehrandan başqa, Pxenyanla da tərəfdaşlığı artırmağa çalışdığını bildirir. Ukrayna analitiklərinin məlumatına görə, Rusiya hücumun bir illiyi münasibətilə daha böyük hücuma hazırlaşır və buna görə də, Şimali Koreyadan Ballistik raketlər almağa çalışır. Ukrayna rəsmilərinin xəbərinə görə, təkcə ötən ilin dekabrında Paytaxt Kiyev İran istehsallı 20 dronun hücumuna məruz qalıb, onların 15-i zərərsizləşdirilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə isə, ölkə ötən ilin oktyabr ayında 136, sonlarında isə 45 İran istehsallı PUA hücumuna məruz qalıb. 

Araşdırma materialda Rusiyanın yeni PUA-ları əldə etməsinin səbəbi Ukraynanın istifadə etdiyi Türkiyə istehsallı “Bayraktar”lara qarşı mübarizə aparmaq istəyi olduğu da qeyd olunub. Nəşr pilotsuz təyyarənin Rusiyaya Xəzər dənizi üzərindən göndərilməsi ilə bağlı etibarlı mənbələrdən məlumatlar aldığını bildirir. Vurğulanıb ki, İrandan göndərilən silahlar, dənizdəki Rusiya donanmasına təhvil verilir. Dronların idarəolun­ması üçün İrandan 54 mütəxəssis də bu yolla Rusiyaya göndərilib. Araşdırmada o da qeyd olunub ki, İranın bu ilin yanvar və fevral aylarında hücum edilən hərbi bazalarında həmin dronlar da isehsal edilir. Bu məsələdə İsfahandakı hərbi baza xüsusi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR