“İran terror qruplarından və yaratdığı “beşinci kolon”dan istifadə edəcək” - Əhməd Obalı
İranda aylardır aksiyalar davam edir. Son zamanlar səngisə də, bunun davamlı olacağı gözlənilir. Bunu jurnalistlərə açıqlamasında "Günaz TV"nin rəhbəri Əhməd Obalı deyib.
O bildirib ki, çünki İranda qadınlara azadlıq verilmir, iqtisadiyyat çöküb, rejim milləti idarə edə bilmir və millət də rejimi istəmir: " İran dövləti siyasətini farsçılıq üzərində qurduğuna görə, türk düşmənçiliyi amili aradan qalxmayacaq.
Azərbaycan gücləndikcə İran müəyyən addımlar atmağa çalışır. Ermənistan müharibəni uduzsa da, İran o məğlubiyyəti həzm edə bilmir. Lakin İranın əlində çox kart qalmayıb. Yəqin ki, terror qruplarından və yaratdığı “beşinci kolon”dan istifadə edəcək. Amma Azərbaycan güclənir və bütün dünya, o cümlədən də ABŞ Azərbaycanın tərəfini tutub".
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu