İran və Suriya İsrailə qarşı cəbhə yaradır
İran Prezidenti İbrahim Rəisi suriyalı və əlcəzairli həmkarları Bəşər Əsəd və Məcid Tabonla danışıqlar aparıb.
Bu barədə İran prezidentinin ofisi məlumat yayıb.
“Danışıqlarda əsas mövzu İsrailin Fələstinə qarşı siyasətinin pislənməsi olub. İran lideri İsrailə qarşı vahid cəbhənin yaradılmasının zəruriliyini bəyan edib. Rəisi həmçinin Suriya və Əlcəzair prezidentlərinə müraciət edərək Fələstin xalqını ədalətsizlikdən azad etmək üçün birliyə çağırıb”, - məlumatda deyilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib