İran vətəndaşı sərhədi pozdu
Fevralın 10-u saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sərhəd zastavasının xidməti sahəsində 1 nəfərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib və sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.
Dövlət Sərhəd Xidməti tərəfindən APA TV-yə verilən xəbərə görə, araşdırma zamanı özünü 1987-ci il təvəllüdlü Ocarudi Məsud Momen kimi təqdim edən şəxsin yolu azması nəticəsində dövlət sərhədini pozması müəyyən edilib.
Faktla bağlı müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə məlumatlandırılıb, qısa müddət ərzində qeyd olunan şəxsin İran tərəfinə təhvil verilməsi nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib