İran xüsusi xidmət orqanları Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir

# 14:15
24 noyabr 2022

 

İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir.

 

APA TV xəbər verir ki, bunu DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən müharibəsinin təcrübələri” mövzusunda keçirilən konfransda deyib.

 

O, bu istiqamətdə kəsərli tədbirlərin görüldüyünü vurğulayıb.

 

Ceyhun Şadlinskinin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR