İranda 1000-dən çox polis və təhlükəsizlik qüvvələri şəhid verib - SƏFİR

# 15:11
10 fevral 2022

İran dünyanın ən böyük narkotik tranziti yolunun üzərində yerləşir.


APA TV-nın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi bildirib.

Onun sözlərinə görə, Əfqanıstanda istehsal olunan narkotik İran yolu qaçaqmalçılar üçün ən yaxın yol hesab olunur: “Biz bununla mübarizədə işlər görürük, İranda 1000-dən çox polis və təhlükəsizlik qüvvələri şəhid verib. Biz bu bəlanın yayılmasının qarşısını həm İranın daxilində, həm də digər ölkələrdə almağa çalışırıq. Bu kartellər geniş şəbəkəyə malikdir. Onların qarşısını almaq üçün ölkələrin polis və təhlükəsizlik qüvvələri əməkdaşlıq edir”.

Semral Cavad
Ziya Allahyarov
APA TV


 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR