İranda azərbaycanlı əsgər etirazçılara əl qaldırmadı - TUTULDU
Güney Azərbaycandan olan əsgər etirazçılara qarşı repressiyada iştirakdan imtina etdiyi üçün həbs edilib.
APA TV “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ramin Behzadın yaxınları məlumat veriblər.
Məlumatda gənc yazıçı Ramin Behzadın nümayişçilərə qarşı çıxmaqdan imtina etdiyi üçün saxlanıldığı bildirilir.
Yaxınlarının dediyinə görə, 10 gün öncə həbs edilən gənc yazıçının harada saxlanıldığı barədə informasiya əldə edə bilmirlər.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib