İranda daha 7 azərbaycanlı həbs edildi
İranda davam edən etiraz aksiyalarında daha 7 azərbaycanlı fəal saxlanılıb.
Bu barədə Lent.az “Mouze“ teleqram kanalına istinadən məlumat yayıb. Bildirilir ki, Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində fəallar Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi həbs olunublar.
Qeyd olunub ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.
Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.
DİGƏR XƏBƏRLƏR
Azərbaycanda hava kəskin dəyişir – yaxın günlərdə bizi nə gözləyir?
Prezident TƏBİB-lə bağlı Fərman imzaladı
Prezident Sərəncam imzaladı: Baş nazirə yeni müavin təyin olundu