İranda daha bir yeniyetmə qız döyülərək öldürüldü
İranda yeniyetmə etirazçı qız hökumət qüvvələri tərəfindən öldürülüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə "MOUZE" telegram kanalı məlumat yayıb. Kütləvi etirazlarda öldürülən qızın Sarina İsmayılzadə olduğu bildirilir. O, xüsusi təyinatlı qüvvələrin başına endirdiyi rezin dəyənək zərbələri nəticəsində həyatını itirib.
Hadisə Kərəc şəhərinin Mehrşəhr bölgəsində baş verib.
16 yaşlı Sarinanın aldığı zərbələrdən kəllə sümüyünün zədələnməsi nəticəsində həlak olduğu qeyd edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib