İranda gecə boyu partlayışlar: Bu dəfə hara vuruldu?
İranın sərhədyanı bölgəsində yerləşən Bane şəhərində həyəcan siqnalından sonra partlayış səsləri eşidilib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib. Belə hadisələrdən biri Qərbi Azərbaycan vilayətinin Mehabad şəhərində də baş verib.
Yayılan kadrlarda sənaye və ya hərbi obyektlərdən birində yanğının baş verməsi əks olunub.
Bundan başqa, gecə Suriya-İraq sərhədindəki Əlbu-Kamal bölgəsində iranyönlü silahlı qruplaşmalara məxsus 25 yük avtomobili də hücuma məruz qalıb. Texnikanın böyük hissəsinin sıradan çıxarıldığı bildirilir.
DİGƏR XƏBƏRLƏR
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib