İranda həbsxanalar niyə sürətlə boşaldılır?

# 15:07
17 avqust 2023

İranın paytaxtı Tehranda həbsxanalar boşaldılır. Bu barədə dövlət xəbər agentliyi İrna məlumat yayıb. Bildirilib ki, buna səbəb həmin müəssisələrin əyalətlərə köçürülməsidir. O da bildirilib ki, paytaxtda həbsxanaların olması insanlara psixologiyasına mənfi təsir göstərir və sosial ziyanlar artır. Ancaq siyasi şərhçilər həbsxanaların boşaldılmasının tamam başqa şeylərə hesablandığını deyirlər. Yaxış Şərq məsələləri üzrə ekspert Sədrəddin Soltan deyir ki, Tehranın bu adımının bir neçə səbəbi var. Hökumət həbsxanalarda baş verənləri kiminsə görməsini istəmir. Köçürülmənin digər səbəbi baş verə biləcək aksiyalar zamanı iştirakçıların zindanlara hücum etmələri ehtimalıdır. Boşaldılan həbsxanaların ərazilərinin satılmasına gəlincə isə Sədrəddin Soltan əlavə edib ki, İran hökuməti həm də həmin əraziləri sataraq bələdiyyələrin boşalan büdcəsini doldurmağa çalışır. İranda və mühacirətdə olan siyasi fəallar isə hökumətin bu addımının arxasında gizli planların olduğunu deyirlər. Siyasi fəal Məhsa Mehdili deyir ki, həbsxanalar tarixin bir parçasıdır və məqsəd İrana qarşı aparılmış mübarizə tarixini silməkdir. O əlavə edib ki, hökumət məmurlar tərəfindən törədilən cinayətlərin üstünü örtməyə çalışır. Onu da bildirək ki, bir çox ekpertlər digər böyük şəhərlərdəki həbsxanaların da köçürüləcəyini düşünürlər. Bu həbsxanalardan ən çox adı çəkilən isə siyasi məhbusların saxlanıldığı məşhur Evin həbsxanasıdır. Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR